İstanbulda Silivri sahillərində ard-arda zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
İlk olaraq 3,9 bal gücündə zəlzələ meydana gəlib. Daha sonra yerli vaxtla saat 12:49-da 6,2 bal gücündə zəlzələ olub.
Yerin 6,92 kilometr dərinliyində baş verən zəlzələ ətraf vilayətlərdə, xüsusilə Bursa, Yalova və Təkirdağda hiss olunub.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya AFAD və digər müvafiq qurumların hazırda dağıntı və xəsarət alanlarla bağlı ərazilərdə araşdırmalara başladığını açıqlayıb.
Eyni zamanda, AFAD vətəndaşları uçma təhlükəsi olan tikililərə yaxın durmamağa çağırıb.
***
NTV-nin məlumatına görə, İstanbulda 4,4 və 4,9 bal gücündə daha iki zəlzələ baş verib.
Hər iki təkan yerin 7 kilometr dərinliyində qeydə alınıb.