Alper Gezeravcı: "Türkiyədə kosmik liman layihəsi üzərində iş gedir"

19:26 24 Aprel 2025

"Türkiyədə kosmik liman layihəsi üzərində iş gedir".

Sitat.info xəbər verir ki, bunu Türkiyənin ilk astronavtı Alper Gezeravcı "Azərkosmos"un Kosmik Akademiyasında keçirilən görüşdə deyib.

O bildirib ki, kosmosla bağlı hədəflərə çatmaq, planları müəyyənləşdirilən tarixdə həyata keçirmək üçün bu layihənin icrasına başlanılıb:

"Kosmik liman ekvator xətti yaxınlığında yerləşəcək. Layihənin həyata keçirilməsi üçün çox böyük yol qət edilib. Hazırda 8 kosmik liman var ki, bunun da 6-sı daha çox tanınır. Bu gün maliyyə imkanı və peyk hazır olsa belə, onu orbitə çıxarmaq üçün azı 2-2,5 il növbədə gözləmək lazımdır. Təbii ki, işə fərqli müdaxilələr olmazsa".



Xəbər xətti