Paşinyan AŞPA sədri ilə görüşdü, sülhə sadiq olduğunu dedi

20:36 23 Aprel 2025

 

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulosun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılmasına toxunulub. Paşinyan sülhə sadiq və sazişi imzalamağa hazır olduğunu qeyd edib.

 



Xəbər xətti