Vladimir Zelenskinin taleyi ilə bağlı müxtəlif variantlar mümkündür -Narışkin

17:28 24 Aprel 2025

 
Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) rəhbəri Sergey Narışkin TASS-a bildirib ki, Vladimir Zelenskinin taleyi ilə bağlı müxtəlif variantlar mümkündür.

Sitat.info xəbər verir ki, Narışkin, Zelenskinin Kiyevdən qaçma ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib

"Nə deyə bilərəm. Zelenskini və onun gələcəyini əhatə edən müxtəlif variantlar mümkündür," – deyə Narışkin qeyd edib.

 Fevral ayında isə Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) mətbuat xidməti NATO-nun baş qərargahında Zelenskini ləkələmək məqsədilə genişmiqyaslı bir əməliyyat hazırlandığını bildirmişdi. 

Aytac,

Sitat.info 

 

 



Xəbər xətti