“Hazırda payız fəslini yaşadığımız üçün bu cür yağıntılar normaldır, sadəcə Bakı şəhərinin infrastrukturu düzgün deyil. Bu bizim, yaxud da təbiətin günahı deyil. Bakı şəhərinin kanalizasiya sistemi düzgün qurulmayıb, hər yer gölə dönüb. Biz də deyirik ki, yağıntı miqdarı anomaldır. İnsanlar bu cür vəziyyətə iqlim dəyişikliyinin səbəb olduğunu düşünürlər, qətiyyən belə deyil. Avqust ayında Şahdağa qar yağır, ancaq Arana yağmır, yağsa təəccüblənərik. Biz mülayim iqlim qurşağında, subekvatorial iqlim qurşağında yaşayırıq və hazırda yer kürəsinin şimal yarımkürəsində payız fəslidir. Heç bir anormal hal yoxdur. Yağıntının bol olması su ehtiyatlarının artması üçün faydalıdır. Çünki indi əsas problem quraqlıqdır".
Bizi sosial şəbəkələrdə izləyin...
Bu sözləri Sitat.info-ya açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.
Q.İbrahimli həmçinin bildirib ki, şəhərlərin idaərçiliyində ciddi problem var: “Mən hesab edirəm ki, Bakıda və rayonlarda da aidiyyatı qurumlar əllərindən gələni edirlər, eyni səviyyədə işləyirlər. Lakin bizim problemimiz bürokratik problemdir, kadr problemidir. Şəhərlərimizin idarəçiliyində problem var. Yadınızdadırsa, Hacıbala Abutalıbov Bakı şəhərinin hər yerinə mərmər düzdürdü. İndi hərəkət də etmək olmur, yolda piyada gedəndə yıxılırsan. İndki gələn də heç nə edə bilmədi. Başını aşağı salıb, işini görməklə və yaxud görməməklə məşğuldur. Təəssüflər olsun ki, şəhərləri təsərrüfatçılar idarə etmir. Bakı şəhərinin icra başçısıRauf Gülməmmədov var idi, təsərrüfatçı, inşaatçı idi. O şəhəri necə tikmək lazm olduğunu çox gözəl bilirdi. Və yaxud Əliş Lənbəranksi var idi. Bu kişilər şəhəri necə tikmək lazımdır, memarlıq necə olmalıdır - yaxşı bilirdilər. Təbiətdən heç kəs inciməsin, təbiət hadisələrini günahlandırmasın. Az qala bizim məmurlar Tanrıya göstəriş verməyə hazırlaşırlar. Ayıbdır, hər kəs işini görməlidir".
Məğrur Salmanov,
Sitat.info