Soyqırım törədən İsrail ordusunun Livana qarşı həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 28 nəfər də artaraq 2574 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun ölkənin bir çox bölgəsinə hava hücumlarını davam etdirdiyi bildirilib.
Açıqlamada, İsrailin davam edən hücumları nəticəsində dünən 28 nəfərin öldüyü, 139 nəfərin yaralandığı, 8 oktyabr 2023-cü il tarixindən etibarən Livana qarşı hücumlarda həyatını itirənlərin sayının artdığı qeyd edilib. 2574 nəfər ölüb, yaralananların sayı isə 12 minə yüksəlib.
İsrailin bombardmanları nəticəsində Livanda yüz minlərlə insanın didərgin düşdüyü təxmin edilir.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, Livan hökuməti köçkünlərin 486 mindən çoxunun Suriyaya keçdiyini açıqlayıb.
Nigar,
Sitat.info