Rusiyaya strateji məğlubiyyətini istəyənlər ölkənin tarixini bilmirlər.
Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS sammitindəki çıxışında deyib.
“Ölkəmizi strateji məğlubiyyətə uğratmaq məqsədini gizlətmirlər. Açığını deyim ki, bunlar yalnız Rusiyanın tarixini bilməyən və xalqının əsrlər boyu formalaşmış birliyini, mətanətini nəzərə almayanların edə biləcəyi xəyali hesablamalardır”, - Putin bildirib.