Bu gün “Turkish Airlines” və “Pegasus” aviaşirlətləri təhlükəsizlik səbəbi ilə İranın bəzi şəhərlərinə uçuşlarının bir hissəsini ləğv edib.
Sitat.info xəbər verir ki, məlumata görə, “Turkish Airlines” avişirkəti noyabrın 1-dək Tehran və İsfahana uçuşları təxirə salıb. Aviaşirkətin Təbriz və Məşhəd şəhərlərinə uçuşları isə davam edəcək.
“Pegasus” şirkəti isə noyabrın 1-dək Tehran, Şiraz və İsfahana uçuşları dayandırıb. Bu aviaşirkətin isə uçuşları yalnız Təbriz şəhərinə olacaq.
Nigar,
Sitat.info