ABŞ demokratların miqrasiya siyasəti səbəbindən dünya üçün zibilxanaya çevrilib.
Sitat.info xəbər verir ki, bunu Respublikaçı Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Arizonada tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Onun fikrincə, ABŞ vitse-prezidenti və seçkilərdə rəqibi Kamala Harris vəzifəsini tutduqdan sonra qəsdən ABŞ sərhədlərini açıb. O həmçinin vurğulayıb ki, Harris dünyanın hər yerindən həbsxana və psixiatrik xəstəxanalardan olan miqrantların axınına qapı açıb.
“Biz zibilxanayıq, biz dünya üçün zibil qabıyıq”, – Tramp söyləyib.
Tramp həmçinin vəd edib ki, seçkilərdə qalib gələcəyi təqdirdə noyabrın 5-i “Amerikanın Azadlıq Günü” olacaq.