Övladını öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşına 20 il həbs cəzası verildi

12:06 30 Oktyabr 2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində övladını öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı  Ahmet Turan Yeşilə hökm oxunub.

Sitat.info xəbər verir ki, ,Ahmet Turan Yeşil 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bu il martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla 1984-cü il təvəllüdlü A.T.Yeşilin Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, A.T.Yeşil prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.



Xəbər xətti