Türkiyədə bələdiyyə sədri həbs edildi

08:42 31 Oktyabr 2024

PKK/KCK terror təşkilatı ilə əlaqədə olmaq şübhəsi ilə saxlanılan İstanbulun Esenyurt Bələdiyyəsinin sədri Ahmet Özer həbs edilib.

Sitat.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, prokurorluqdakı ifadəsinin ardından “PKK/KCK silahlı terror təşkilatı üzvü olmaq” ittihamı ilə məhkəməyə çıxarılan Özerin həbsinə qərar verilib.

Xatırladaq ki, o, 31 mart 2024-cü ildə Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərdə müxalif Cümhuriyyət Xalq Partiyasından Esenyurt üzrə bələdiyyə sədrliyinə namizəd olaraq irəli sürülüb və səs çoxluğu ilə qalib gəlib. 



Xəbər xətti