İspaniyanın Müdafiə Nazirliyi ən çox zərər çəkmiş Valensiyaya daha 500 əsgər yerləşdirib.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, ümumilikdə 1200 hərbçi artıq xilasetmə və təmizləmə əməliyyatlarına kömək edir.
Onlar kinoloji bölmənin 400-ə yaxın texnikası, 20 helikopteri, 18 pilotsuz təyyarəsi və 50-dən çox itin dəstəyi ilə işləyirlər.
Sakinlərə və hadisə yerində işləyən əsgərlərə kömək etmək üçün psixoloqlar qrupu da ərazidədir.
Aytac,
Sitat.info