Zaqatalada yeni doğulan daha bir körpə öldü

11:45 7 Noyabr 2024

Zaqatalada yeni doğulan körpə ölüb.

Sitat.info xəbər verir ki, bu gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum evində yeni doğulan körpə ölümü baş verib.

Rayonun Yuxarı Tala kənd sakini Pərvanə Şahid qızı İsgəndərova 04.11.2024-cü il tarixində qeysəriyyə yolu ilə körpə dünyaya gətirib. Yeni doğulan cinsi oğlan olan körpə bu gecə Zaqatala RMX-nin doğum şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, bu, son bir həftədə bu xəstəxanada ikinci körpə ölümü faktıdır. Rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü Sahibə Sahib qızı Məmmədova da doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.



Xəbər xətti