Kəlbəcərlilər doğma şəhərlə bağlı ümidlərindən danışdılar: "Evə çatanda oğlum ağlamağa başladı"

18:23 25 Noyabr 2024

 

Bu gün Kəlbəcər rayonunun erməni işğalçılarından təmizlənməsindən dörd il ötür.

Sevinc hisslərini Baku TV ilə bölüşən kəlbəcərlilər - Əhliyəddin Şahbəndəyev və Bağdagül Şahbəndəyeva doğma torpaqlarına qayıtmaq ümidlərini heç vaxt itirmədiklərini deyiblər.

Kəlbəcərdən son çıxanlardan olduqlarını vurğulayan Əhliyəddin Şahbəndəyev ailəsi ilə birlikdə yaşadığı çətin anlardan danışıb:

"Yoldaşımın anasının 103 yaşı var idi. Özünün də nə dizi tuturdu, nə də gözü görürdü. İkisini də atla gətirməli oldum".

Kəlbəcər işğaldan azad edildikdən sonra doğulub-böyüdüyü yerləri ziyarət edən Ə.Şahbəndəyev söyləyib:

"Bizim ərazilər görünəndə oğlum dedi ki, möhkəm dayan, çox çətinliklə tikdiyin evi ermənilər dağıdıblar. Evə çatanda isə özü ağlamağa başladı. Dedim, mənə ürək-dirək verirdin, niyə ağlayırsan?!"

 



Xəbər xətti