Milli Məclisdə hökumətin iştirakı ilə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi Sahibə Qafarovanın sədrliyi ilə davam edir.
Sitat.info xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev söz alaraq təklif irəli sürüb.
Bildirib ki, çıxış üçün reqlament 7 dəqiqədən 5 dəqiqəyə endirilsə və deputatlara seçiciləri narahat edən sosial məsələlərlə bağlı çıxış imkanı yaradılsa, çox yaxşı olar.
Spiker Sahibə Qafarova təklifi səsə qoyub və qəbul olunub.