Bu ölkədə 6.1 gücündə zəlzələ baş verdi

21:08 26 Noyabr 2024

Yaponiyanın qərbindəki İşikava əyalətinin Hakui şəhəri sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Hakui şəhərindən 35 kilometr şimal-qərbdə olduğunu açıqlayıb.

Dərinliyi 10 kilometr olaraq qeydə alınan 6,1 bal gücündə zəlzələdə can və mal itkisi qeydə alınmayıb. Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

Kyodo News-un məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi (JMA) zəlzələnin 6,4 bal gücündə olduğunu açıqlayıb.

Səid,

Sitat.info

 



Xəbər xətti