İsrail atəşkəsə razılaşdı

09:16 27 Noyabr 2024

İsrailin baş naziri Benyamin Netanyahu Livanla atəşkəsə razılaşıb.

Sitat.info xəbər verir ki, o, ölkənin hərbi kabinetinə Livanla atəşkəs razılaşmasını qəbul etməyi tövsiyə etdiyini bildirib.

Netanyahu əlavə edib ki, Hizbullah hərəkatı razılaşmanı pozarsa, İsrail hücuma keçəcək.

“Bu axşam mən Nazirlər Kabinetinə Livanda atəşkəs planını təqdim edəcəyəm. Atəşkəsin müddəti Livandakı hərəkətlərdən asılıdır”, - İsrailin baş naziri jurnalistlərə bildirib. O əlavə edib ki, İsrail Hizbullaha ciddi zərbə vurub və onu “onilliklərlə geriyə atmağı” bacarıb.

Netanyahunun sözlərinə görə, İsrail əsgərləri qruplaşmanın əksər rəhbərliyini  və infrastrukturunu məhv edib.



Xəbər xətti