ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiya ilə müharibədə silahlı qüvvələrini sürətlə artırmaq üçün Ukraynanı səfərbərlik yaşını 18 yaşa endirməyə çağırıb.
Sitat.info xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Admistrasiya rəsmisi bildirib ki, döyüşlərdə iştirak etmək üçün daha çox qoşun lazımdır. Buna baxmayaraq Ukrayna kifayət qədər yeni əsgərləri səfərbər etmir:
“Ruslar əslində şərqdə davamlı irəliləyiş əldə edir və onlar Kurskda Ukrayna müdafiə xətlərini geri çəkməyə başlayırlar... Səfərbərlik və şəxsi heyətin sayının artırılması hazırda döyüş meydanındakı vəziyyətə əhəmiyyətli dərəcədə təsir göstərə bilər".
Bundan əlavə, Associated Press yazır ki, Qərb paytaxtlarındakı müttəfiqlər də Ukrayna prezidenti Vladimir Zelenskiyə eyham vurublar ki, Ukraynanın silahlarla deyil, qoşunların sayı ilə bağlı problem var. Avropalı müttəfiqlər onu da vurğulayırlar ki, güc çatışmazlığı Ukraynanın tezliklə Rusiyanın Kursk vilayətində əməliyyatlarını davam etdirə bilməyəcəyi anlamına gələcək.
Aytac,
Sitat.info