XİN başçısının müavini Manama Dialoqu Forumunda çıxış edib

23:30 6 Dekabr 2024

Dekabrın 6-da Bəhreyndə “20-ci Təhlükəsizlik Sammiti - Manama Dialoqu Forumu” öz işinə başlayıb. Forumda dünyanın 50-yə yaxın ölkəsindən diplomatlar, təhlükəsizlik və hərbi strukturların nümayəndələri iştirak edir.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, forumda Xarici İşlər Nazirliyini nazir müavini Yalçın Rəfiyev təmsil edir.

Y.Rəfiyev Forum çərçivəsində keçirilən panellərdə iştirak edib, o cümlədən Gənc Liderlər Proqramı tərəfindən təşkil olunan “Yaxın Şərq və Mərkəzi Asiyada enerji tərəfdaşlığı” mövzusunda paneldə məruzəçi qismində çıxış edib.

Forum çərçivəsində eyni zamanda, Y.Rəfiyevin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Forum dekabrın 8-dək davam edəcəkdir.



Xəbər xətti