Partlayış səsləri ilə bağlı əhaliyə MÜRACİƏT

18:22 9 Dekabr 2024

Müdafiə Nazirliyi Seyfəli poliqonu ətrafında yayılan partlayış səsləri ilə bağlı əhaliyə müraciət edib.

Sitat.info xəbər verir ki, nazirliyin məlumatına görə, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir:

"Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".



Xəbər xətti