"Öncə Vətən" sənədli filminin Ağdamda da təqdimatı keçirilib

11:36 25 Oktyabr 2024

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Müharibə iştirakçılarına və şəhid ailələrinə dəstək tədbirləri ” layihəsi çərçivəsində 18 oktyabr 2024-cü ildə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən Mədəniyyət evində  “Öncə Vətən”- Sənədli filminin təqdimatı keçirilib.

525.az xəbər verir ki, müharibə əlilləri, şəhid ailələri və müharibə veteranlarının iştirakı ilə keçrilən film təqdimatında tədbiri giriş sözü ilə Ağdam rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri  Samir Məmmədov açaraq iştirakçıları salamladıqdan sonra ikinci Qarabağ müharibəsində qazanılan tarixi zəfərdən bəhs edərək bildirdi ki, birinci Qarabağ müharibəsində dövlətimizə və xalqımıza qarşı olan təxribatlar və xəyanətlərlə barışmayan qədir bilən xalqımız Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qaydışı üçün ona müraciət etdilər. Dövlətçiliyimizin belə ağır günlərində hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa zamanda  düşməni atəşkəs müqaviləsi imzalamağa  məcbur etdi. Bundan sonra isə qəti qələbənin əldə edilməsi üçün ölkədə ordu quruculuğundan tutmuş iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində təxirəsalınmaz işlər həyata keçrildi. Bu böyük quruculuq prosesinin məntiqi nəticəsi olaraq ikinci Qarabağ müharibəsi böyük zəfərlə başa çatdı. Düşmən kapitulyasiya aktına imza atmağa məhkum oldu.

Sonra söz Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və “Müharibə iştirakçılarına və şəhid ailələrinə dəstək tədbirləri ” layihəsinin rəhbəri Emin Həsənliyə verdi. Emin Həsənli Azərbaycan dövlətinin müharibə əlillərinə, şəhid ailələrinə və müharibə veteranlarına yönəlik həyata keçrilən dövlət siyasətindən bəhs edən filmin araya-ərsəyə gəlməsi zərurətindən danışdı. Çıxışına davam edən natiq bildirdi ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətə başladığı vaxtdan elan etdiyi bütün qrant müsabiqələrində  proritet istiqamətlərdən biri də müharibə əlilləri, veteranlar və şəhid ailələri olmuşdur. Hər il onlarla QHT bu istiqamətdə bir-birindən uğurlu layihələr icra edirlər. İnanıram ki, Agentliyin bu istiqamətdəki fəaliyyəti davamlı olacaq dövlətimizin həyata keçirdiyi siyasəti ölkə vətəndaşları arasında xüsusilədə müharibə əlilləri, veteranları və şəhid ailələri  arasında təbliğ olunmasına öz töhfəsini  davamlı olaraq verəcəkdir.  Sonra film haqqında daha geniş danışmaq üçün söz layihənin eksperti Qarabağ qazisi, ehtiyatda olan kapitan Taleh Əliyevə verildi.  Ekspert Taleh Əliyev “Öncə Vətən” - Sənədli filmində dövlətin sözügedən kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərin bu sahədə çalışan hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin təqdimatında hazırlandığını tədbir iştirakçılarının nəzərinə çatdırdıqdan sonra filmə baxış oldu. Sonra Ağdam rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri çıxış edərək “Öncə Vətən” - Sənədli filmi haqqında öz təsüratlarını bölüşdülər.  



Xəbər xətti