Magistr təhsillilərin gəliri onların qazancından 65% çoxdur

16:00 19 Dekabr 2024

Dövlət Məşğulluq Agentliyi tərəfindən respondentlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, magistr təhsil dərəcəsi olan şəxslərin orta aylıq gəliri sadəcə bakalavr dərəcəsi olan şəxslərin orta aylıq gəlirindən 65%, doktorantura dərəcəsi olan şəxslərin orta aylıq gəlirindən isə 13% daha çoxdur.

Sitat.info xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Bildirilib ki, magistr təhsilini Azərbaycanda davam etdirən şəxslərin orta aylıq gəliri ali təhsilini davam etdirməyən şəxslərin orta aylıq gəlirindən 50% daha çoxdur.

“Magistr təhsilini xaricdə davam etdirən şəxslərin orta aylıq gəliri isə ali təhsilini davam etdirməyən şəxslərin orta aylıq gəlirindən 119% daha çoxdur.

Magistr təhsilini xaricdə davam etdirən şəxslərin orta aylıq gəliri magistr təhsilini Azərbaycanda davam etdirən şəxslərin orta aylıq gəlirindən 45% daha çoxdur”, - deyə məlumatda qeyd olunub.



Xəbər xətti