Türkiyədə minimum əməkhaqqı bu qədər oldu

08:06 25 Dekabr 2024

Türkiyədə minimum əmək haqqı 30 faiz artırılaraq  22 min 104 TL-yə yüksəldi.

Sitat.info xəbər verir ki, Türkiyə Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhan yeni minimum əmək haqqının 22 min 104 lirə olunduğunu açıqlayıb.

Qeyd edək ki, bu rəqəm 1065 AZN-ə bərabərdir.

Aytac,

Sitat.info 



Xəbər xətti