Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova ölüm xəbəri yayılan aktyor Azər Baxşəliyevin son durumu ilə bağlı məlumat verib.
O bildirib ki, həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
“Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”, - deyə o əlavə edib.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb.
**********
Aktyor Azər Baxşəliyev vəfat edib.
Sitat.info xəbər verir ki, bu barədə sosial şəbəkədə yaxınları paylaşım edib.
Məlumata görə, böyrək xəstəliyindən əziyyət çəkən aktyor səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Azər Baxşəliyev bu yaxınlarda əməliyyat olunmuşdu.
Aktyor ailəli idi, bir qızı vardı.
*