Goranboy Rayon Polis Şöbəsinə rayonun Aşağı Ağcakənd qəsəbəsi və Ağcakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
"Polis əməkdaşları həmin ünvanlara gələrək müvafiq tədbirlər həyata keçirib və ümumilikdə ədəd 2 ədəd "Kalaşnikov" markalı avtomat, 3 ədəd avtomat darağı, 60 ədəd 7.62 kalibrli patron və 100 ədəd RPK patronu aşkar edərək götürüblər.
Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir", - deyə qurumdan bildirilib.