"ABŞ-nin şərq sahili üzərində görünən və çoxalan uçan naməlum obyektlər qravitasiya ilə idarə olunur. Belə texnologiyalara yalnız ABŞ və Çin malikdirlər".
Sitat.info-nun verdiyi məlumata görə, bu barədə "Tesla Cybertruck"u partladan Metyu Livelsbergerin mediaya sızan elektron məktubunda qeyd olunub.
O, ABŞ-ni öz ekzotik silahlarını və texnologiyalarını gizlətməkdə günahlandırıb.
Məktubda xəbərdarlıq edilib ki, ölkə boyu müşahidə olunan dronlar, əslində, Pekinin gücünü nümayiş etdirmək məqsədilə Atlantik okeanı vasitəsilə buraxılan Çinin qravitasiya aparatlarıdır. Livelsberger bu dronların qeyri-məhdud yükqaldırma qabiliyyətinə malik olduğunu vurğulayaraq, onu milli təhlükəsizliyə görünməmiş təhlükə kimi təsvir edib.