Ötən gün 76,43 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 75,77 dollarla başa vurub.
Sitat.info xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti bu gün 10,29-da bağlanış vaxtı ilə müqayisədə təxminən 0,01 faiz artaraq 75,78 dollara çatıb. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 72,77 dollara satılıb.
Neft qiymətləri Çin və ABŞ-da iqtisadi fəallığın artması ümidi ilə yüksəliş trendini davam etdirib.
Yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evdə vəzifəsinin icrasına başlayacağı zaman ABŞ-ın iqtisadi artımında mümkün dəyişikliklərin dünyanın ən böyük xam neft istehlakçı ölkəsində tələbata təsir edərək neft qiymətlərinə təsir edəcəyi gözlənilir.
Seymur,
Sitat.info