ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiyanı Birləşmiş Ştatlara birləşdirməyə cəhd etsə, bu, NATO-nun məhvinə gətirib çıxaracaq.
Sitat.info xəbər verir ki, bu barədə "Hill" nəşri yazıb.
"Hər hansı hərbi alyansın aparıcı qüvvəsi digər üzvün ərazi bütövlüyünü pozmağa cəhd edərsə, fəaliyyətini davam etdirə bilməz", - nəşr bildirib.
Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Tramp 2024-cü ilin dekabrında Danimarkanın nəzarətində olan Qrenlandiyanın ilhaqını “mütləq zərurət” adlandırıb, bunu ABŞ-ın milli təhlükəsizliyi ilə əlaqələndirib.