ABŞ Dövlət katibi Entoni Blinken yanvarın 4-9-da Cənubi Koreya, Yaponiya və Fransaya səfər edəcək.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Cənubi Koreyada Blinken yüksək səviyyəli rəsmilərlə görüşlər keçirəcək və bu görüş zamanı ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediləcək.
O, Yaponiyada iki ölkə arasında müttəfiqlik münasibətlərini, həmçinin bir sıra ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə etməyi planlaşdırır.
Fransa rəhbərliyinin nümayəndələri ilə təmaslar zamanı isə Blinken Avropa, Yaxın Şərq və ondan kənarda olan çağırışları müzakirə etməyi nəzərdə tutur.
Qeyd edək ki, 20 yanvarda Donald Trampın andiçmə mərasimi keçiriləcək və Blinkenin də səlahiyyəti həmin gün başa çatacaq.