UNICEF 2025-ci ilin ilk 7 günündə Qəzzada ən azı 74 uşağın öldürüldüyünü açıqlayıb.
Sitat.info xəbər verir ki, UNICEF-in icraçı direktoru Catherine Russell bu barədə açıqlama verib.
"Qəzzadakı uşaqlar üçün yeni il daha çox ölüm və əzab gətirdi" -deyə o, qeyd edib.
Açıqlamada soyuqdan həyatını itirən körpələrlə bağlı bu sözlər yer alıb: “Dekabrın 26-dan indiyədək 8 yeni doğulmuş körpə hipotermiya (bədən istiliyini tənzimləyə bilməmə) səbəbindən həyatını itirib”.
Seymur,
Sitat.info