Türkiyə-İran sərhədində zəlzələ oldu

20:00 9 Yanvar 2025

 

Türkiyə-İran sərhədində 4,3 maqnitudada zəlzələ olub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət Hakkari şəhərində qeydə alınıb.

Zəlzələ ocağı 5,44 kilometr dərinlikdədir.

Təbii fəlakətin fəsadları barədə hələlik məlumat yoxdur.

 



Xəbər xətti