Suriyaya qarşı sanksiyalar ləğv edilməlidir - Ərdoğan

20:38 9 Yanvar 2025

Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corciya Meloni ilə telefon danışığında deyib.

Türkiyə lideri telefon danışığı zamanı bildirib ki, vaxt itirmədən Suriyanın bərpası üçün hərəkətə keçmək lazımdır.

Ərdoğan İtaliyanı Suriyaya qarşı məhdudiyyətlərin aradan qaldırılmasına rəhbərlik etməyə çağırıb.



Xəbər xətti