Türkiyə futbolu ilə bağlı mühüm qərar verildi

20:12 8 Yanvar 2025

Futbol üzrə Türkiyə Superliqasının oyunlarında VAR sisteminə müvəqqəti olaraq əcnəbi ədalət təmsilçiləri nəzarət edəcəklər.

Sitat.info Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar TFF-nin İdarə Heyətinin iclasında qəbul olunub.

Bildirilib ki, bu addım VAR sistemindən daha səmərəli istifadəni təmin etmək və gənc hakimlərin inkişafına təkan yaratmaq məqsədi daşıyır.

Qeyd edək ki, Superliqada mövsümün ikinci yarısına yanvarın 17-də start veriləcək.



Xəbər xətti