Bütün dünyanı bürüyən koronavirus epidemiyasının üstündən 5 il keçir. Amma hər kəsin beynində hələ də eyni sual var: “Dünya yeni epidemiyaya hazırdırmı?”. Ümumdünya Səhiyyə Təşkilatı bu suala həm bəli, həm də xeyr cavabını verib və bütün dünyanı ümumi tədbirlər görməyə çağırdı.
Bütün dünyanı əhatə edən koronavirusun yayılmasından 5 il ötür. "Dünya yeni pandemiyaya hazırdırmı?" sual hələ də ağıllarda qalarkən, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Tedros Hebreyesus bu haqda danışıb.
"Biz hələ də həssasıq və insanlar növbəti pandemiyaya hazır olub-olmadığımızı soruşurlar. Mən bəli və xeyr deyirəm, çünki dediyim kimi, biz bəzi hazırlıqlar görmüşük, lakin eyni zamanda, pandemiya sazişi kimi heç bir məcburi beynəlxalq müqavilə bağlamamışıq. Ən effektiv həll üçün beynəlxalq razılaşmanın lazımdır. Tərəflər razılığa çox yaxındırlar. Bir neçə məsələ qalıb. Son görüşdə iki hissədə razılıq əldə olunub. Bildiyiniz kimi, beynəlxalq müqavilələr vaxt aparır".
Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri bəyan ediblər ki, dünya hələ də qriplə bağlı epidemiyalarla mübarizə aparır. Tedros Hebreyesus, dünyanın bu istiqamətdə irəliləyiş əldə etməli olduğunu vurğulayıb:
"Biz hamımız utanmalıyıq ki, nəzarət etdiyimiz xəstəliklərin geri qayıtmasına icazə veririk. Bu, həqiqətdir. Bunun səbəbi sağlamlığa kifayət qədər sərmayə qoymamağımız və ətraf mühitlə heyvanlar arasındakı maneələri qırmamağımızdır. Mən bunu mənfi mənada demirəm, bu bir çağırışdır”.
Tehran,
Sitat.info