Türkiyənin paytaxtı Ankarada tikinti sahəsinin çökməsi nəticəsində iki fəhlə ölüb.
Sitat.info xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki. yanvarın 9-da paytaxtın Polatlı rayonu Şentəpə məhəlləsində çoxmənzilli binanın kanalizasiya xəttinə qoşulma işləri aparılarkən çökmə baş verib.
Məlumata görə, tikintiyə rəhbərlik edən şəxs saxlanılıb. Faktla bağlı məhkəmə və inzibati araşdırma aparılır.