Belarus Ukrayna ilə sərhəd yaxınlığında hərbi təlim keçirir. Təlim yanvarın 31-dək davam edəcək.
Bu barədə Sitat.info Belarus Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Belarus MN-in məlumatına görə, yanvarın 8-dən 31-dək Qomel vilayət icraiyyə komitəsi sədrinin rəhbərliyi ilə ərazi qoşunlarının hərbi qulluqçuları təlim-məşq toplanışı keçirilir.
"Belaruski Qayun" "Telegram" kanalının məlumatına görə, Belarusdakı təlim-məşq toplanışı zamanı ehtiyatda olan hərbçilər də çağırılır.
Qeyd edək ki, Qomel vilayəti Belarusun 2025-ci ildə nüvə müdafiəsi üzrə təlimlərin keçiriləcəyi ilk bölgəsi olub. Ərazi Ukraynanın Çerniqov vilayəti ilə həmsərhəddir.