Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı ana və iki övladını avtomobil vurub".
Sitat.info xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
O, qeyd edib ki, hadisə bu gün saat 11:30-da qeydə alınıb.
"Abşeron rayon sakini Dərgah Dərgahov idarə etdiyi "Toyota" markalı, 10-SY-242 dövlət qeydiyyat nişanlı avtomobillə yolu nəzərdə tutulmayan yerdən keçən Ramilə Məmmədova və onun iki azyaşlı övladını vurub.
Xəsarət alan hər üç şəxs xəstəxanaya çatdırılıb", - deyə M.Ağayev vurğulayıb.
Faktla bağlı araşdırma aparılır.