Bu, erməni xalqına baha başa gələcək - Karasin

17:00 15 Yanvar 2025

İrəvanın digər ölkələrlə müxtəlif əməkdaşlıq sənədlərinin imzalanması Ermənistan və erməni xalqı üçün mürəkkəb nəticələrə səbəb ola bilər.

Sitat.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Teleqram kanalında yazıb.

“Qorxuram ki, erməni nümayəndələrinin hər kəslə və hər şeydə əməkdaşlığa dair müxtəlif növ sənədlər imzalamaqda sürətli fəaliyyəti bu ölkə və onun xalqı üçün gözlənilməz və mürəkkəb nəticələr verə bilər”, - o bildirib.

Karasinin sözlərinə görə, bu sənədlərin hansı ciddiliklə hazırlanması və Ermənistanın artıq digər tərəfdaşlar və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğunluğu suallar yaradır:

“Bu, ən azı, Aİİ və KTMT-yə aiddir. Tarix göstərir ki, siyasətdə ehtiras çox vaxt gözlənilməz nəticələr verir”.

Qeyd edək ki, dünən Vaşinqtonda Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb.



Xəbər xətti