ABŞ-ni Azərbaycanda təmsil etmək böyük şərəf və imtiyazdır.
Sitat.info xəbər verir ki, bu barədə istefa verən ABŞ-nin Bakıdakı səfiri Mark Libbinin vida məktubunda deyilir.
Diplomat qeyd edib ki, ölkəni Azərbaycana dərin minnətdarlıq hissi və ölkələr arasında gələcək qarşılıqlı əlaqələrlə bağlı nikbinliklə tərk edir.