"Təhlükəsizlik zəmanəti olmasa, Putin 10 qat daha güclü ordu ilə qayıdacaq" - Zelenski

21:15 21 Yanvar 2025

Prezident qeyd edib ki, bu gün Ukrayna ərazisindəki Rusiya işğalçı rus əsgərlərinin sayı artıq 608 mini ötüb. Ukrayna güclü təhlükəsizlik zəmanəti almasa, Rusiya diktatoru Vladimir Putin on qat daha güclü ordu ilə qayıdacaq.

Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Dünya İqtisadi Forumunda çıxışı zamanı buna əmin olduğunu bildirib.

"Hər kəs başa düşməlidir ki, Ukrayna, Rusiya, ABŞ və Avropa 2022-ci ilin əvvəlində hansı mövqedə idilər və indi hansı mövqedədirlər. Onun fikrincə, bu texniki məlumatlar Ukraynanın aldığı yardımın təsirini və hansı risklərin olduğunu başa düşmək üçün vacibdir" - deyə Zelenski bildirib. 

"2022-ci ildə Rusiya Federasiyasının tammiqyaslı işğalını xatırlasaq, dəqiq bilmək olar ki, o zaman rus qruplaşması hardasa 200 min civarında idi. Bu gün Ukrayna ərazisində 608 min rus əsgəri var. Yəni, bu qrup 2022-ci ilin əvvəlində bizə göndəriləndən üç dəfə böyükdür. Ona görə də kifayət qədər yardımın olduğunu deyəndə, o vaxt olanlarla indi baş verənləri müqayisə edin”, - deyə Zelenski bildirib.

O əlavə edib ki, işğalın əvvəlində ABŞ-ın yardımı Ukraynaya verilən bütün dəstəyin təxminən 90%-ni təşkil edib. Bu gün döyüş meydanında olan Ukrayna qoşunları yardımın təxminən 40%-ni Ukrayna istehsalından, 40%-ni ABŞ-dan, 30%-ni isə Avropadan alır. Zelenski Ukraynanın yerli istehsalın əhəmiyyətli artımı və Avropa və ABŞ-da istehsalın artımı sayəsində dayandığını vurğulayıb:

“Ancaq bu kifayət deyil, çünki biz eksponent olaraq böyüdük, Avropa isə belə böyümədi. Ukraynanın köməksiz necə dayanacağını və Rusiya diktatoru Vladimir Putinin nə edəcəyini anlamaq lazımdır. Aydındır ki, güclü təhlükəsizlik təminatları olmasa, o nə edə bilər? Rusiya silah istehsalda da dəfələrlə inkişaf edib. Bu gün onun hərbi sahədə 30-dan çox fabriki var. Avropada - 45. O, Avropadan demək olar ki, iki dəfə çox istehsal edir. Yəni başa düşürsüz Kreml hər şeyi buna yatırır, Avropa isə az sərmayə qoyur... Güclü təhlükəsizlik təminatı olmayanda isə həcmlər azalacaq, biz ancaq özümüzə və Avropaya güvənməli olacağıq və bu kifayət deyil. Bu, Ukraynaya dəstək olmaq üçün Avropa və ABŞ-ın ittifaqda  olması lazımdır”, - Zelenski belə hesab edib. 

Məğrur,

Sitat.info 



Xəbər xətti