Tramp Ukrayna münaqişəsinin 100 gün ərzində həllini tapşırıb -WSJ

12:57 22 Yanvar 2025

ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa Ukrayna münaqişəsinə 100 gün ərzində son qoymağı tapşırıb.

Sitat.info  xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

O, hesab edir ki, “Rusiya Prezidenti Vladimir Putinlə razılaşma əldə etmək Trampın seçki kampaniyası zamanı vəd verdiyi dövrdən daha çətin iş olacaq”.

Nəşrin mənbələrinə görə, Amerikanın yeni lideri Ukrayna üzrə danışıqlar prosesinin gedişatına şəxsən nəzarət etmək niyyətindədir.

Qəzetin Kelloqa yaxın mənbələri iddia edirlər ki, onu müstəqil fiqur adlandırmaq olmaz, çünki o, Trampın fikrindən tamamilə asılıdır. Bu səbəbdən Kelloqun ABŞ və Rusiya arasında “heç bir real danışıqlara buraxılmayacağı” iddia edilir.

Yanvarın 7-də Tramp etiraf edib ki, Ukraynadakı münaqişənin həlli onun seçki kampaniyası zamanı bildirdiyi kimi 24 saat yox, daha çox çəkə bilər. Kelloq da öz növbəsində tapşırığı 100 gün ərzində yerinə yetirmək istədiyini bildirib.

Aytac,

Sitat.info



Xəbər xətti