ABŞ prezidenti Donald Tramp Ukraynaya Amerika silahlarının tədarükünün tamamilə dayandırılması ehtimalını istisna etməyib.
Sitat.info xəbər verir ki, yanvarın 21-də Ağ Evdə jurnalistlərə danışan Tramp Rusiya lideri Vladimir Putinlə telefon əlaqəsinin "çox yaxında" baş tutacağına ümid etdiyini bildirib.
Trampdan soruşublar ki, Amerikanın yeni administrasiyası Kiyevə silah tədarükünü davam etdirəcək, yoxsa onu tamamilə dayandırmağı düşünür.
“Biz bu məsələyə baxacağıq. Biz Zelenski ilə əlaqə saxlayırıq. Tezliklə prezident Putinlə danışacağıq. Nə olacağını görəcəyik" - Tramp cavabında bildirib.
Amerika lideri öz mövqeyini açıqlayıb və bildirib ki, Avropa ölkələri Kiyevi dəstəkləmək üçün xərcləri əhəmiyyətli dərəcədə artırmalıdır. “Bu, bizdən çox onları narahat edir. Aramızda bir okean var"
Tramp, sələfi Co Baydenin rəhbərliyi altında ABŞ-ın bu məqsədlərə AB-dən 200 milyard dollar çox xərclədiyi də vurğulayıb.
O, həmçinin NATO ölkələrinin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmalı olduğu fikrini təkrarlayıb cə deyib ki, Aİ buna nail olmalıdır.
Aytac,
Sitat.info