Rusiya bu ölkə ilə sazişə xitam verdi

20:51 22 Yanvar 2025

 

Moskva və Vilnüs arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında sazişə xitam verilib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

“21 yanvar 2025-ci il tarixində Rusiya Federasiyası ilə Litva Respublikası arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında 1992-ci il iyulun 21-də Vilnüsdə imzalanmış müqaviləyə xitam verilib”, - nazirlikdən qeyd olunub.

 



Xəbər xətti