ABŞ-nin cənub ştatlarında anomal soyuq hava səbəbindən ölənlərin sayı 10 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, bu barəd “The New York Times” məlumat yayıb.
Xüsusilə Texas, Alabama və Corciya ştatlarında ölüm halları qeydə alınıb.
Bundan əvvəl ABŞ mediası ölənlərin sayının dörd nəfər olduğunu yazmışdı.
ABŞ meteoroloji xidmətləri son günlər buzlu hava şəraiti səbəbindən ölkə daxilində yüzlərlə böyük qəza baş verdiyindən, həddindən artıq soyuqdan təsirlənən ərazilərdə sürücüləri şəxsi avtomobillərdən istifadə etməməyə və evdə qalmağa çağırıb.
Texas ştatının Hyuston şəhərində iki hava limanında bütün uçuşlar təxirə salınıb. Ümumilikdə, son üç gündə ölkə üzrə 2 mindən çox reys ləğv edilib, daha 13 minə yaxını isə gecikib./Qafqazinfo