İstəyirəm ki, Rusiya Prezidenti Vladimir Putin sülh danışıqları barədə yalvarsın.
Sitat.info xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
Onun sözlərinə görə, müharibənin hər sülh yolu ilə həlli Ukrayna, Polşa, Mərkəzi və Şərqi Avropa və AB-nin maraqlarına uyğun deyil:
“Elə tədbirlər görməliyik ki, Vladimir Putin sülh üçün yalvarmağa məcbur olsun. Mən Putinə danışıqlar masasına oturmaq üçün yalvarmaq istəmirəm, istəyirəm ki, danışıqlar masasına əyləşməyimiz üçün o yalvarsın”.