AB XİN rəhbərləri Suriya ilə bağlı bu məsələni müzakirə edəcək

18:24 24 Yanvar 2025

Yanvarın 27-si AB xarici işlər nazirlərinin görüşü zamanı Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması müzakirə ediləcək.

Sitat.info xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaya Kallas Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, AB sanksiyaların yumşaldılması məsələsində "yol xəritəsi" təklif edir.

Kallasın sözlərinə görə, AB tərəfindən bu istiqamətdə ilk qərarlar yanvarın 27-də veriləcək.



Xəbər xətti