Tramp yenə Kanadanın birləşdirilməsindən danışdı

21:43 24 Yanvar 2025

Amerika prezidenti Donald Tramp növbəti dəfə Kanadanın Birləşmiş Ştatlara qoşulmasından danışıb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, o, bu halda Kanadaya hərbi və digər üstünlüklər vəd edib.

"Mən Kanadanın 51-ci ştat olmasını görmək istərdim. Əgər bu baş versəydi, Kanada vətəndaşları böyük bir vergi güzəşti əldə edəcəkdilər. Onların hazırda çox yüksək vergiləri var. Və onlar ordu, digər məsələlərl ilə bağlı narahat olmayacaqlar. Daha yaxşı səhiyyə ola bilərdi" - deyə Tramp Şimali Karolinada jurnalistlərə bildirib.



Xəbər xətti