Türkiyənin Konya vilayətinin Səlcuqlu rayonunda yaşayış binasının uçmasına görə 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Sitat.info xəbər verir ki, bu barədə Konya prokurorluğu məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı ətraflı araşdırmalar aparılır.
Qeyd edək ki, dağıntılar altında qalan 5 nəfərdən 3-ü sağ xilas edilib, digər 2 nəfərin isə axtarışları davam etdirilir.