Paşinyandan Türkiyəyə şad xəbər

15:52 25 Yanvar 2025

Biz “erməni soyqırımı”nın tarixinə qayıtmalıyıq. Nəyin nə üçün baş verdiyini başa düşməliyik.

Sitat.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İsveçrədə erməni diasporunun üzvləri ilə görüş zamanı deyib.

O, “erməni soyqırımı” iddiasının tarixinin və necə ortaya atılmasının araşdırılmalı olduğunu bildirib:

“Biz bu məsələni necə və kimin köməyi ilə qəbul etdiyimizi bilməliyik. Necə olur ki, 1939-cü ildə bu mövzudan ümumiyyətlə heç yerdə bəhs edilmir, amma 1950-ci ildə anidən gündəmə gəlir? Aydınlaşdırılmalıdır”.

Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl Türkiyənin NATO koalisiyasına qoşulduğu ərəfədə “erməni soyqırımı” iddiasının sovet zamanında qəsdən ortaya atıldığını və şişirdildiyini bildirib.




Xəbər xətti