Türkiyə Xarici İşlər Naziri Hakan Fidan sabah Bağdada rəsmi səfər edəcək.
Sitat.info xəbər verir ki, məlumatı Türkiyə mediası yazıb.
Bildirilib ki, səfər çərçivəsində o, İraq Prezidenti Əbdüllətif Rəşid, Baş nazir Məhəmməd Sudani, Nümayəndələr Məclisinin sədri Mahmud Meşhedani və xarici işlər maziri Fuad Hüseynlə görüşəcək.
Görüşlərdə Türkiyə-İraq ikitərəfli əlaqələri, regional məsələlər, təhlükəsizlik və terrorla mübarizə mövzuları müzakirə olunacaq.
Fidanın PKK-nın qadağan olunmuş təşkilat elan edilməsindən məmnuniyyətini ifadə edəcəyi və bu təşkilatın İraqdan tamamilə təmizlənməsi gözləntisini vurğulayacağı bildirilir.
Görüşlərdə türkmənlərin hüquq və təhlükəsizliyi ilə bağlı məsələlərin də qaldırılması gözlənilir.